ABŞ Prezidenti Donald Trampın İrana qarşı başlatdığı hərbi müdaxilənin iqtisadi nəticələrinin davam etdiyi iddia olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, qarşıdurma ABŞ üçün milyardlarla dollar həcmində maliyyə yükünə çevrilib.
Bildirilib ki, hərbi əməliyyatların davam etməsi ABŞ büdcəsinə əlavə təzyiq yaradır. Ekspertlərin fikrincə, yaranmış maliyyə çətinlikləri yalnız müdafiə xərcləri ilə məhdudlaşmır, eyni zamanda uzunmüddətli iqtisadi durğunluq risklərini də artırır.
Qeyd olunub ki, mövcud vəziyyət ABŞ-nin daxili iqtisadi sabitliyinə mənfi təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.