Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Putin Pezeşkianla telefonla danışdı

2 dəq
Paylaş:
Putin Pezeşkianla telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin xidməti məlumat yayıb.

Telefon danışığı zamanı prezidentlər Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.

İran Prezidenti 11 apreldə İslamabadda keçirilən İran-ABŞ danışıqlarını qiymətləndirib və Rusiyanın platformalar da daxil olmaqla, vəziyyətin gərginliyinin azaldılmasına yönəlmiş prinsipial mövqeyini yüksək qiymətləndirib.

Məsud həmçinin Rusiyaya İran xalqına göstərilən humanitar yardıma görə təşəkkür edib.

Vladimir Putin münaqişənin siyasi və diplomatik yolla həlli axtarışlarını asanlaşdırmağa və Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması üçün səylərə etməyə hazır olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədlə Rusiya regiondakı bütün tərəfdaşlarla fəal əlaqələri davam etdirəcək.

İkitərəfli əməkdaşlığın cari məsələlərinin müzakirəsi zamanı hər iki tərəf mehriban qonşuluq münasibətlərini hər cəhətdən daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax