Martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib.
***
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəsmi Kreml məlumat yayıb.
Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilində səmərəli köməyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Tərəflər hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını və Yaxın Şərqdəki münaqişənin diplomatik yolla həllini dəstəklədiklərini bildiriblər.
Onlar həmçinin ikitərəfli məsələləri müzakirə ediblər və Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına sadiq olduqlarını bir daha təsdiqləyiblər.