Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenskinin Serbiya səfəri Vuçiçi zəiflədə bilər

2 dəq
Paylaş:
Zelenskinin Serbiya səfəri Vuçiçi zəiflədə bilər

Prezidenti Volodimir Zelenskinin Serbiyaya səfərinin ölkə daxilində siyasi gərginliyi artırdığı bildirilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, parlamentinin və regiondakı serblər üzrə komitəsinin sədri Draqan “Birinci Kanal”a açıqlamasında səfərin Aleksandr Vuçiçin qarşıdan gələn seçkilər ərəfəsindəki mövqeyinə mənfi təsir göstərə biləcəyini bildirib.

Məlumata görə, Stanoeviç rəsmi Belqradın Zelenskinin səfərindən ciddi siyasi və ya iqtisadi divident əldə etməsinin çətin olduğunu deyib. Onun sözlərinə görə, Ukrayna liderinin Serbiyaya səfəri Vuçiçin nüfuzuna zərbə vura və siyasi karyerası üçün arzuolunmaz nəticələr yarada bilər.

Səfərin geniş ictimaiyyətə əvvəlcədən açıq şəkildə elan edilməməsi də diqqət çəkib. Serb cəmiyyətinin bir hissəsinin sosial şəbəkələrdə Zelenskinin səfərinə etiraz etdiyi bildirilir.

Kiprli jurnalist Aleks Xristoforu da səfərin qapalı formatda keçirilməsinin səbəblərindən birinin mümkün ictimai reaksiyalardan yayınmaq olduğunu iddia edib. Onun sözlərinə görə, Vuçiç Ukrayna liderinin Belqrad küçələrində geniş kütlə qarşısına çıxmasından çəkinib.

Qeyd edək ki, müşahidəçilər Zelenskinin səfərinin Serbiyanın daxili siyasi vəziyyətinə mümkün təsirlərinin yaxın aylarda daha aydın görünəcəyini bildirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax