Operativ Məlumat Mərkəzi

Vinisiusun Səudiyyə klubundan gələn böyük təklifi niyə rədd etdiyi məlum olub

1 dəq
Paylaş:
Vinisiusun Səudiyyə klubundan gələn böyük təklifi niyə rədd etdiyi məlum olub
bu barədə ESPN məlumat yayıb. Mənbənin məlumatına görə, braziliyalı transferlə bağlı qərar verməyi 2025-ci ilin yayına qədər təxirə salıb. O, bu il...

"Real Madrid"in hücumçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanı klubunun təklifini niyə rədd etdiyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, braziliyalı transferlə bağlı qərar verməyi 2025-ci ilin yayına qədər təxirə salıb.

O, bu il "Qızıl top"u qazanacağına ümid edir və Madriddə şansının daha çox olduğuna inanır.

Daha əvvəl mediada səudiyyəlilərin Vinisiusun transferi üçün "Real Madrid"ə 1 milyard avro, futbolçunun özünə isə illik 350 milyon avro maaş təklif etdiyi barədə məlumatlar yayılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər