Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu braziliyalı futbolçu Vinisius Juniorun transferi ilə bağlı Madrid "Real"ı ilə danışıqlar aparır.
"Operativ Məlumat Mərkəzi-OMM" "Globo" nəşrinə istinadən xəbər verir ki, "Əl-Əhli" Vinisius üçün bir milyard avro ödəməyə hazırdır.
24 yaşlı Vinisius 2018-ci ilin iyulundan "Real"da çıxış edir.
Keçən mövsüm futbolçu bütün turnirlərdə 39 matçda iştirak edib, 24 qol vurub və 11 asist edib.