Türkiyə və Azərbaycan daxili işlər nazirləri arasında telefon danışığı baş tutub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi özünün "X" sosial media hesabında məlumat yayıb.
Məlumatda qeyd olunub ki, nazir Mustafa Çiftçi azərbaycanlı həmkarı Vilayət Eyvazov və İraqın daxili işlər naziri Abdulemir Kamil Şemmari ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
Tərəflər arasında baş tutan danışıqlar zamanı nazirliklər arasında əməkdaşlıq sahələrinin gücləndirilməsi məqsədilə fikir mübadiləsi həyata keçirilib.