Operativ Məlumat Mərkəzi

Vətən Müharibəsi Qəhrəmanının ailəsi üçüncü oğlunu itirdi

2 dəq
Paylaş:
Vətən Müharibəsi Qəhrəmanının ailəsi üçüncü oğlunu itirdi
şəhidin qardaşı, 1987-ci il təvəllüdlü Elnur Əkbərov dünyasını dəyişib. Belə ki, bu gün axşam saatlarında qəfildən halı pisləşən E.Əkbərov Biləsuvar...

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə daha bir ağır itki üz verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şəhidin qardaşı, 1987-ci il təvəllüdlü Elnur Əkbərov dünyasını dəyişib.

Belə ki, bu gün axşam saatlarında qəfildən halı pisləşən E.Əkbərov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı qəfil ürəktutmadan vəfat edib.

Məlumata görə, E.Əkbərov hadisədən qabaq şəhid Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun dəfn mərasimində iştirak edib.

Xatırladaq ki, Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin may ayında dünyasını dəyişib. O, Biləsuvarda qardaşının məzarının yanında dəfn edilib.

Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər