Venesuelanın cənubunda qeyri-qanuni mədənin çökməsi nəticəsində azı 30 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qəza ötən gün Bulla Loca kimi tanınan mədəndə divarın uçması nəticəsində baş verib.
Rəsmilər, dağıntılar altında qalan və yaralananların çox olduğundan, itki sayının arta biləcəyini bildirib.
Venesuela hökuməti 2016-cı ildə neft sənayesi ilə yanaşı yeni gəlirlər əldə etmək üçün ölkədə mədən sənayesini inkişaf etdirib.
O vaxtdan bəri qızıl, almaz, mis və digər faydalı qazıntılar üçün mədən əməliyyatlarında artım müşahidə olunur.
Buna baxmayaraq, bir çox mədənlər qanunsuz fəaliyyət göstərir.
Bu cür yerlərdə, vətəndaşkara yüksək məvacib təklif edilsə də, şərtlər və tələblər olduqca qəddardır.