Operativ Məlumat Mərkəzi

Venesuela Argentinadan gələn bütün təyyarələrə öz hava məkanını qadağan edib

1 dəq
Paylaş:
Venesuela Argentinadan gələn bütün təyyarələrə öz hava məkanını qadağan edib
bu barədə xarici işlər naziri İvan Gil sosial media hesabında yazıb. Argentina prezidenti Xavyer Miley hökumətinə dəfələrlə xəbərdarlıq etdiklərini...

Venesuela ölkənin yük təyyarəsinin ələ keçirilməsində rolu olduğu səbəbilə Argentinadan gələn bütün təyyarələr üçün hava sahəsini bağlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici işlər naziri İvan Gil sosial media hesabında yazıb.

Argentina prezidenti Xavyer Miley hökumətinə dəfələrlə xəbərdarlıq etdiklərini vurğulayan Gil, "onlar sırf şimaldakı qoruyucularını sevindirmək üçün şirkətimizə qeyri-qanuni ziyan vurduqlarını" - bildirib.

“Bu zərəri ödəmədikcə Argentinaya gedən və ya Argentinadan gələn heç bir təyyarə uçuşa getməyəcək”,- deyə o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər