Operativ Məlumat Mərkəzi

Varşavada etiraz aksiyası keçirən fermerlərlə toqquşmada çoxlu polis əməkdaşı yaralanıb

1 dəq
Paylaş:
Varşavada etiraz aksiyası keçirən fermerlərlə toqquşmada çoxlu polis əməkdaşı yaralanıb
bu barədə Polşa paytaxtının polis komandanlığı məlumat yayıb. Çərşənbə günü Varşavada fermerlərin böyük etiraz aksiyası keçirilib. Polşa Seyminin binası...

Varşavada etiraz aksiyası keçirən fermerlərlə toqquşmada çoxlu polis əməkdaşı yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa paytaxtının polis komandanlığı məlumat yayıb.

Çərşənbə günü Varşavada fermerlərin böyük etiraz aksiyası keçirilib. Polşa Seyminin binası yaxınlığında etirazçılar polisə daş atmağa başlayıblar.

Polis saxlanılan aksiya iştirakçıları haqqında da məlumat verib.

"Hazırda 10-dan çox adam saxlanılıb", - məlumatda deyilir.

Polisin məlumatına görə, etirazçılardan bəziləri Seym binasının hasarını aşmağa cəhd ediblər, lakin bu cəhdlərin qarşısı alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər