Aleksandr Lukaşenko "Vaqner" qruplaşmasını orduya təlim keçmək üçün ölkəyə dəvət edib
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Belta" dövlət agentliyi məlumat yayıb.
Lukaşenko bu dəvəti Belarusun Müstəqillik Günü münasibətilə etdiyi çıxışında nəzərdə tutub.
"Təəssüf ki, Vaqner əsgərləri burada deyil. Daha əvvəl dediyim kimi, onların təlimçiləri gəlib bizə döyüş təcrübəsi versələr, bu təcrübəni qəbul edəcəyik", - deyə prezidentin çıxışında qeyd edib.