Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Miras üstündə yaşadığı evi partlatdı, həbs edildi

3 dəq
Paylaş:
Miras üstündə yaşadığı evi partlatdı, həbs edildi

İngiltərənin bölgəsində 55 yaşlı valideynlərinin mirasından məhrum edildiyini düşündüyü üçün uşaqlıq illərini keçirdiyi evi yandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, törətdiyi əmələ görə həbs cəzasına məhkum edilib.

Qeyd olunub ki, Daviesin valideynləri bir neçə ay ara ilə vəfat etdikdən sonra o, Craig Davies ilə birlikdə Hambleton kəndində yerləşən, təxminən 260 min funt sterlinq dəyərində olan müstəqil evdə yaşamağa davam edib.

2024-cü il martın 27-də səhər saatlarında Carr Lane küçəsində yerləşən evdə güclü partlayış baş verib. Partlayış nəticəsində evin damı çöküb və bina alova bürünüb. Hadisə yerindən çıxan Darren Davies yoldan keçən bir şəxsə “Ailəm bu evi istəyir. Əgər mənə qismət olmayacaqsa, heç kimə olmasın” deyib.

Aparılan istintaq zamanı evin qonaq otağına, mətbəxinə və yataq otağına üç qaz balonu yerləşdirildiyi, çardaq hissəsinə benzin töküldüyü və yanğının şam vasitəsilə başladıldığı müəyyən edilib.

Prokurorluq yanıcı maddələrlə gücləndirilən partlayışın ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaratdığını açıqlayıb.

Məhkəmədə ifadə verən Craig Davies bildirib ki, valideynlərinin vəsiyyətinə əsasən ev iki qardaş arasında bərabər bölünməli idi.

Onun sözlərinə görə, 2025-ci ilin əvvəlində evi sataraq hər kəsin öz yoluna getməsini təklif etsə də, Darren atalarının ölümündən əvvəl evi yalnız ona miras qoyan gizli vəsiyyət imzaladığına dair əsassız iddiaya inanıb və qardaşını ona qarşı sui-qəsddə ittiham edib.

Partlayış baş verən zaman işdə olan Craig Davies hadisəni dostundan gələn mesaj vasitəsilə öyrəndiyini bildirib.

O, gündəliklərini, ailə fotolarını, valideynlərinə məxsus zinət əşyalarını və bütün şəxsi əmlakını itirdiyini deyərək qardaşından 170 min funt sterlinqdən çox təzminat tələb edib.

Preston Kral Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfi Darren Daviesin uzun illərdir bipolyar pozuntu, depressiya, təşviş pozuntusu və autizm spektr pozuntusuna görə müalicə aldığını, hadisə zamanı psixi vəziyyətinin normal olmadığını və intihar etməyi planlaşdırdığını bildirib.

Hakim Philip Parry təqsirləndirilən şəxsin psixi sağlamlıq problemləri səbəbindən cinayət məsuliyyətinin əhəmiyyətli dərəcədə azaldığını və günahını erkən mərhələdə etiraf etdiyini nəzərə alaraq onu 4 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

Davies cəzasının ən çox yarısını həbsxanada çəkdikdən sonra qalan müddəti şərti nəzarət altında keçirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax