Türkiyədə 115 nöqtədəki yanğının 110-u tamamilə nəzarət altına alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı iyulun 29-dan başlayan meşə yanğınları ilə bağlı son vəziyyətdən danışarkən bildirib.
Onun sözlərinə görə, Balıkesir - Edremit, Çanakkale - Ayvacık, Antalya - Kumlucadakı meşə yanğınları da nəzarət altına alınıb.
Nazir qeyd edib ki, iyulun 29-dan Türkiyədə 69-u meşə xarici olmaqla 115 yanğına müdaxilə olunub, 110-u tamamilə nəzarət altına alınıb.
"Hazırda hadisə yerlərində 21 təyyarə, 69 helikopter, 500-ə yaxın su maşını və 3 min 500-dən çox şəxsi heyət xidməti vəzifəsini icra edir", - o vurğulayıb.