Türkiyənin mərkəzi bölgəsində güclü zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) mütəxəssisləri yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 03:35 radələrində qeydə alınıb.
Seysmoloqların verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5,3 bal gücündə olub.
Təbiət hadisəsinin ocağı yerin 6 kilometr dərinliyində yerləşib.
Zəlzələnin episentri Tokat şəhərindən təxminən 46 kilometr şimal-şərqdə, Erbaa şəhərindən isə 21 kilometr aralıda müəyyən edilib.
Bildirilir ki, əsas təkandan sonra bölgədə maqnitudası 2 bala qədər olan bir neçə afterşok qeydə alınıb.
Hadisə nəticəsində dağıntı və tələfat barədə hələlik rəsmi məlumat verilməyib.
Zəlzələ ətraf yaşayış məntəqələrində də ciddi narahatlığa səbəb olub.