Türkiyənin Yalova əyalətinin Çiflikköy qəsəbəsi ərazisində təlim zamanı F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NTV məlumat verib.
Qeyd olunub ki, pilot qəza zamanı katapult edib.
Hazırda əraziyə yanğınsöndürmə və tibbi briqadalar cəlb olunub.
Qəzanın səbəbləri araşdırmadan sonra məlum olacaq.