Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Taylandda qatar qəzası nəticəsində azı 22 nəfər həlak oldu

1 dəq
Paylaş:
Taylandda qatar qəzası nəticəsində azı 22 nəfər həlak oldu

Taylandda sərnişin qatarının ilə toqquşması nəticəsində 22 nəfər ölüb.

“Operativ Məlumat Mərkəzi-OMM” Taylandın PBS televiziya kanalına istinadən xəbər verir.

Banqkokdan Ratçataniyə hərəkət edən sərnişin qatarı Ratçasima əyalətinin Sikhio rayonunda yüksək sürətli dəmir yolu xəttinin tikinti sahəsində relslərə düşən tikinti kranı ilə toqquşub.

PBS telekanalının məlumatına görə, Nakhon Ratçasima əyalətində baş verən qəza nəticəsində ölənlərin sayı 22-yə çatıb.

Toqquşma nəticəsində qatar relsdən çıxıb, bir neçə vaqon yanıb. “Khaosot” qəzeti isə hadisə zamanı azı dörd nəfərin öldüyünü, daha 40 nəfərin xəsarət aldığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax