Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranın sabiq vitse-prezidentinin oğlu ABŞ-də saxlanıldı

2 dəq
Paylaş:
İranın sabiq vitse-prezidentinin oğlu ABŞ-də saxlanıldı

ABŞ-də İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtikarın İsa saxlanılıb və daimi rezident statusundan məhrum edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Departamentinin bəyanatında deyilir. Məlumata görə, İsa Haşimi ilə birlikdə onun həyat yoldaşı və oğlu da saxlanılıb, hazırda onlar deportasiya edilməyi gözləyirlər.

Dövlət Departamentindən bildirilib ki, hər üç şəxs 2014-cü ildə ABŞ-yə gəlib, 2016-cı ildə isə " card" alıblar.

Daha əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə Birləşmiş Ştatlar tərəfindən öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin qardaşı qızını və qardaşı nəvəsini də saxlayıb, onların "Green card"larını ləğv edib.

Bundan başqa, İranın Milli Ali Şurasının keçmiş katibi Əli Laricaninin ölkəni tərk etmiş qızının, eləcə də onun həyat yoldaşının ABŞ-nin qanuni daimi rezident statusu ləğv olunub. Onların Birləşmiş Ştatlara girişinə qadağa qoyulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax