ABŞ-nin qərbində, Oreqon ştatının sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ Oreqon ştatının Bandon şəhərindən 218 kilometr qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.