Fevralın 24-də Vaşinqton ştatında naməlum şəxs bıçaqla insanlara hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Pierce County Sheriff's Office” məlumat yayıb.
Polis hücum edən şəxsə atəş açaraq onu zərərsizləşdirib.
Hücum edən də daxil olmaqla dörd nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada həyatını itirib.