Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Suriyada ümumi əfv elan edildi: Cəzalar azaldılır

2 dəq
Paylaş:
Suriyada ümumi əfv elan edildi: Cəzalar azaldılır

Suriya Prezidenti mübarək ayının başlanması münasibətilə ölkə üzrə genişmiqyaslı ümumi imzalayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qərara əsasən, məhkumların cəza müddətlərində ciddi yüngülləşdirmələr nəzərdə tutulur.

Fərmanın detallarına görə, ömürlük həbs cəzaları 20 ilə endirilib, müvəqqəti ağır həbs cəzalarının isə yarısı ləğv edilib.

Eyni zamanda, bir sıra inzibati xətalar və yüngül cinayətlərə görə verilən tamamilə aradan qaldırılıb. Əfv sənədi qaçaqmalçılıq, bəzi kiber cinayətlər, valyuta tənzimlənməsi qaydalarının pozulması və Suriya lirəsindən başqa xarici valyuta ilə qanunsuz aparan şəxslərə də şamil olunur.

Qanunsuz silah və sursat saxlamağa görə məhkum olunanlar üçün xüsusi şərt müəyyən edilib.

Belə ki, fərman qüvvəyə mindiyi gündən etibarən 3 ay ərzində silahlarını könüllü şəkildə səlahiyyətli orqanlara təslim edənlərin cəzaları tamamilə bağışlanacaq. Adam oğurluğu ilə məşğul olanların əfvdən yararlanması üçün isə zərərçəkmişin heç bir qarşılıq gözlənilmədən azad edilməsi və cinayətkarların müəyyən olunmuş müddətdə təslim olması tələb olunur.

Qeyd edək ki, insan alveri, işgəncə, xalqa qarşı törədilmiş ağır cinayətlər və digər xüsusilə ağır cinayətləri törədən şəxslər bu əfv fərmanının əhatə dairəsindən kənarda saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax