Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rumıniyada PUA qəzaya uğradı: Partlayış və yanğın baş verdi

1 dəq
Paylaş:
Rumıniyada PUA qəzaya uğradı: Partlayış və yanğın baş verdi

Rumıniyanın şərqində, Ukrayna ilə sərhəddən təxminən 5 məsafədə yerləşən yaşayış məntəqəsi yaxınlığında naməlum mənşəli (PUA) qəzaya uğrayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, PUA meşəlik əraziyə düşüb.

Hərbi qurumun açıqlamasında bildirilib ki, aparat çox aşağı hündürlükdə uçduğu üçün ölkənin radiolokasiya müşahidə sistemləri tərəfindən aşkar edilməyib.

Fövqəladə Hallar üzrə Rayon Müfəttişliyinin məlumatına görə, PUA-nın yerə çırpılması nəticəsində baş verib və daha sonra ərazidə yanğın qeydə alınıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bu, Rumıniya ərazisində PUA qalıqlarının aşkarlandığı ilk hadisə deyil.

Ölkənin daha əvvəl də ərazidə buna bənzər insidentlərin qeydə alındığını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax