Operativ Məlumat Mərkəzi

Romada sürət həddi 30 kilometr oldu

2 dəq
Paylaş:
Romada sürət həddi 30 kilometr oldu
bununla bağlı xarici KİV məlumat yayıb.Şəhər mərkəzindəki məhdud nəqliyyat zonası çərçivəsində olan ərazilərdə və 1000 küçədə yol təhlükəsizliyini...

İtaliyanın paytaxtı Roma şəhərinin mərkəzində maksimum sürət həddinin 30 kilometr olaraq tətbiqinə bu gündən etibarən başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Şəhər mərkəzindəki məhdud nəqliyyat zonası çərçivəsində olan ərazilərdə və 1000 küçədə yol təhlükəsizliyini artırmaq məqsədilə sürücülər üçün saatda maksimum 30 kilometrlik sürət həddi müəyyən edilib.

Bu çərçivədə nəqliyyata cavabdeh olan Roma yerli şəhər polisi sürət məhdudiyyəti tətbiq edilən bölgələrdə patrul və nəzarət tədbirlərini artırıb.

Nəzarətin təmin edilməsi üçün şəhərin əsas küçələrindən biri olan Kristofor Kolumb prospektinə yeni sürət ölçən kameralar quraşdırılacaq, eyni zamanda şəhər üzrə 175 yeni qaldırılmış piyada keçidi inşa ediləcək.

Şimalda yerləşən Bolonya şəhəri isə mərkəzi hökumətin əks mövqeyinə baxmayaraq, eyni sürət həddini iki il əvvəl tətbiq etməyə başlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər