ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında aparılan birbaşa danışıqların 7-ci turu İtaliyanın paytaxtı Romada davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, tərəflərin nümayəndə heyətləri səhər saatlarında ABŞ-nin Romadakı səfirliyinə gələrək danışıqları davam etdiriblər.
Livanlı yüksəkvəzifəli rəsmi şəxs daha əvvəl bildirib ki, danışıqların əsas gündəliyini pilot bölgə tətbiqinin texniki detalları və atəşkəsin daimi xarakter alması məsələləri təşkil edir.
Roma görüşlərinin ümumilikdə üç gün davam edəcəyi gözlənilir.