İsrail ordusunun həyata keçirdiyi hərbi zərbələr nəticəsində İranın ən azı 3 yüksək rütbəli rəsmisi öldürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Hadisə ilə bağlı hələlik rəsmi Tehran tərəfindən geniş açıqlama verilməsə də, İsrailin xəbər agentlikləri əməliyyatın hədəfə çatdığını bildirir.
Hazırda beynəlxalq ictimaiyyət tərəfindən hadisənin təfərrüatları və mümkün nəticələri yaxından izlənilir. İsrail və İran arasındakı qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ehtimal edilir.