28 fevraldan bəri ABŞ və İsrailin İrana hücumları nəticəsində ən azı 1444 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində 18 551 nəfər isə yaralanıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb və Tehranı nüvə raket proqramı hazırlamaqda ittiham edib. İran ittihamları rədd edib və cavab olaraq İsrailə, eləcə də ABŞ-nin regiondakı enerji obyektlərinə və hərbi bazalarına zərbələr endirir.
Qeyd edək ki, İsrail 12 itki verdiyini bildirib. Döyüşlərdə yeddi amerikalı hərbçi həlak olub. İraqda yanacaq dolduran təyyarənin qəzasında daha dörd amerikalı əsgər həlak olub.