Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pekində fövqəladə vəziyyət planı işə salındı

2 dəq
Paylaş:
Pekində fövqəladə vəziyyət planı işə salındı

Çinin paytaxtı Pekində güclü yağışlar səbəbilə 2-ci səviyyəli daşqın fövqəladə vəziyyət planının tətbiqinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, “Dolphin” tayfununun gətirdiyi güclü yağışlar ölkədə gündəlik həyata mənfi təsir göstərməkdə davam edir.

Səlahiyyətlilər Pekinin əksər bölgələrində 6 saat ərzində 100 millimetrdən çox, 24 saat ərzində isə 150 millimetrədək yağıntı düşəcəyinin proqnozlaşdırıldığını açıqlayıb.

Sabaha qədər güclü yağışların davam edəcəyi gözlənilən paytaxtda 2-ci səviyyəli daşqın fövqəladə vəziyyət qüvvəyə minib.

Gözlənilən yağıntılarla əlaqədar drenaj avadanlıqları və daşqın baryerləri hazırlanıb. Daşqın riski yüksək olan ərazilərdə yaşayan sakinlərin isə təhlükəsiz bölgələrə təxliyə edildiyi bildirilib.

“Dolphin” tayfununun təsiri zəifləsə də, Çinin şərq və mərkəzi bölgələrində güclü yağış və külək səbəbilə bir sıra ərazilərdə ilə bağlı xəbərdarlıq elan edilib.

Tayfunun təsirinə məruz qalan Cıciyan, Şanxay və Fucyen əyalətlərində isə 1 milyondan çox insan təhlükəsiz ərazilərə yerləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax