Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Oman danışıqlarının ikinci mərhələsi başa çatdı

2 dəq
Paylaş:
Oman danışıqlarının ikinci mərhələsi başa çatdı

İranın naziri Araqçı ilə Omanın naziri Bədr bin Həməd əl-Busaidi arasında danışıqların ikinci mərhələsi Məsqətdə başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun hazırda Omanın xarici işlər naziri ilə məsləhətləşmələr aparır.

Bundan əvvəl Oman Sultanlığının Xarici İşlər Nazirliyi Tehran və Vaşinqton arasında nüvə məsələsi üzrə dolayı danışıqların birinci mərhələsinin başa çatdığını elan edən bəyanat yaymışdı.

Məlumata görə, Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi İran xarici işlər naziri Abbas Araqçının rəhbərlik etdiyi İran , eləcə də ABŞ prezidentinin elçisi Stiv Uitkov və prezidentin müşaviri və kürəkəni Cared Kuşner ilə ayrı-ayrı görüşlər keçirib.

Görüş zamanı İran və Oman xarici işlər nazirləri ikitərəfli və regional məsələləri, o cümlədən İran-Amerika nüvə danışıqlarını müzakirə ediblər.

Əl-Busaidi Sultanlığın qarşılıqlı məqbul siyasi həllərə nail olmaq üçün müxtəlif tərəfdaşlarla etməyə hazır olduğunu vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, 6 fevralda Omanın vasitəçiliyi ilə başlayan danışıqlarda İranın nüvə məsələsi və İrana qarşı sanksiyaların yumşaldılması müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax