İsrailin Baş naziri Benyamin Netanyahunun iş otağında gərgin anlar yaşanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Maariv" qəzetinə istinadən xəbər verir ki, hökumət başçısının Qərbi Qüdsdə yerləşən ofisinə şübhəli bağlama daxil olub.
Hadisə barədə məlumat daxil olan kimi əraziyə dərhal məhkəmə-tibbi ekspertiza mütəxəssisləri və bomba zərərsizləşdirmə üzrə ekspertlər cəlb edilib.
Hazırda mütəxəssislər göndərilən bağlamanın tərkibini araşdırır.
Digər tərəfdən, Netanyahunun iqamətgahının yerləşdiyi şimaldakı Qeysəriyyə şəhərində bu gün genişmiqyaslı fövqəladə hallara hazırlıq təliminin keçiriləcəyi bildirilir.
Təlim müddətində bölgədə təhlükəsizlik qüvvələrinin, helikopterlərin və pilotsuz uçuş aparatlarının intensiv hərəkəti müşahidə olunacaq.
Xatırladaq ki, bu hadisələrin fonunda ABŞ-nin keçmiş prezidenti Donald Tramp Netanyahu ilə keçirdiyi son görüşü yüksək qiymətləndirərək, bunu "çox yaxşı bir görüş" kimi xarakterizə edib.