Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nigeriyada güclü fırtına 7 nəfərin həyatına son qoydu

2 dəq
Paylaş:
Nigeriyada güclü fırtına 7 nəfərin həyatına son qoydu

Nigeriyanın Ciqava ştatında yağan güclü insan tələfatına və ciddi dağıntılara səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (SEMA) ştat üzrə Hannafi Faqam məlumat verib.

Məlumata görə, nəticəsində 7 nəfər həyatını itirib, 53 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, güclü fırtına nəticəsində 5 min 403 ev təsərrüfatına ziyan dəyib və minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunub ki, təbii fəlakət zamanı 47 ibtidai və , 3 xəstəxana, eləcə də 2 polis bölməsi ciddi zərər görüb.

Məlumata əsasən, ştat hökuməti zərərçəkən ailələr üçün müvəqqəti sığınacaqlar yaradıb, ərzaq və tibbi yardımın göstərilməsi istiqamətində tədbirlərə başlayıb.

Bildirilib ki, hazırda bölgədə dəymiş ziyanın və əhalinin ehtiyaclarının qiymətləndirilməsi prosesi davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax