Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Niderlandda hantavirus səbəbindən 12 tibb işçisi karantinə alındı

2 dəq
Paylaş:
Niderlandda hantavirus səbəbindən 12 tibb işçisi karantinə alındı

Niderlandın şəhərində "Radboud University Medical Center"nin 12 əməkdaşı hantavirusla bağlı protokolların pozulmasına görə 6 həftəlik karantinə yerləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, xəstəxanadan bildirilib ki, 7 mayda qəbul edilən pasiyent əvvəllər virusun yayıldığı MV kruiz gəmisində olub və standart tibbi prosedurlardan keçirilib. Lakin üçün tələb olunan gücləndirilmiş biotəhlükəsizlik tədbirlərinə tam əməl edilməyib.

Qurumun açıqlamasında qeyd olunub ki, yoluxma riski aşağı olsa da, ehtiyat tədbiri olaraq işçilər karantinə alınıb.

Hadisə ilə bağlı məlumatda bildirilir ki, MV Hondius apreldə Argentinaın Uşuaya şəhərindən Kanar adalarına yola düşüb və təxminən 150 nəfər sərnişin daşıyıb. Gəmidə Böyük Britaniya, İspaniya, Niderland və ABŞ vətəndaşları olub.

Məlumata görə, Hollandiyalı bir cütlük və alman qadın virus səbəbilə həyatını itirib.

Mayın 10-da Tenerifedə gəmidən sərnişinlərin təxliyəsinə başlanılıb və bütün turistlər testdən keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, təxminən 10 nəfərdə hantavirus aşkarlanıb.

Tədqiqatlar göstərir ki, bəzi hallarda aşkar edilən And hantavirus insanlardan insana keçə bilən yeganə növ hesab olunur və əsasən Latın Amerikası regionunda yayılıb.

Qərb mediası bildirir ki, virusun yayılması kruiz gəmisinin hərəkət etdiyi və ətraf bölgələrlə əlaqəli ola bilər.

Səhiyyə mütəxəssisləri isə bu cür hallarda biotəhlükəsizlik qaydalarının pozulmasının ciddi nəticələr yarada biləcəyini vurğulayırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax