Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin hava məkanında baş vermiş ciddi insidentlə bağlı rəsmi məlumat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran ərazisindən atılan və Türkiyənin hava sərhədlərini pozan ballistik sursat aşkar edilib.
Məlumata əsasən, sözügedən hərbi hədəf Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında müəyyən olunaraq zərərsizləşdirilib.
Hadisənin təfərrüatları və sursatın növü barədə əlavə araşdırmalar aparılır.
Hadisə Türkiyənin hava təhlükəsizliyi sistemləri tərəfindən yaxından izlənilib.
Müdafiə əməliyyatı NATO-nun regional təhlükəsizlik protokolları çərçivəsində həyata keçirilib.
Rəsmi Tehran hələlik məsələ ilə bağlı hər hansı şərh verməyib.