Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Naxçıvanda 64 cinayət işi istintaqdan sonra məhkəməyə göndərilib

4 dəq
Paylaş:
Naxçıvanda 64 cinayət işi istintaqdan sonra məhkəməyə göndərilib

2026-cı ilin birinci yarımili ərzində Naxçıvan Muxtar Respublikasının , , gömrük və digər istintaq qurumları tərəfindən 64 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu barədə qurumda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Məlumata görə, muxtar respublikanın prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, hüquqi və fiziki şəxslərə vurulmuş 599 min manat məbləğində maddi ziyanın 484 min 204 manatı və ya 81%-nin ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev çıxışında ötən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayının azaldığını, daxili işlər, eləcə də dövlət orqanları ilə birgə səmərəli əməkdaşlıq nəticəsində cinayətlərin açılmasının 96,2% təşkil etdiyini vurğulayıb.

O, qeydə alınmış cinayətlərin sayının azalmasında mühüm rol oynayan hüquqi maarifləndirmə, qanunvericiliyin izahı və sair profilaktiki tədbirlərin əhəmiyyətindən bəhs edib, həm prokurorluq, həm də digər hüquq-mühafizə orqanlarında təhqiqat və istintaqın keyfiyyətinin daha da artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Çıxışda prokurorluq orqanlarında vətəndaş qəbulu və müraciətlərə baxılmasının Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən xüsusi diqqətdə saxlanıldığını qeyd edilib, bu sahədə tərəfindən müəyyənləşdirilmiş strategiya üzrə işin keyfiyyətinin artırılmasının, müraciətlərə baxılması prosesi üzərində nəzarətin gücləndirilməsinin, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyini vurğulanıb.

Həmçinin müşavirədə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına, “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nə dönmədən əməl edilməsi bir daha tələb edilib.

Müşavirədə məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, müvafiq şöbə rəisləri və tabe rayon, şəhər prokurorları prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat qurumlarında cinayət işləri və araşdırma materialları üzrə səmərəliliyin və keyfiyyətin artırılması, eləcə də yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində butün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Məruzə ətrafında çıxışlar və müzakirələrdən sonra əməliyyat müşavirəsinə yekun vuran Muxtar Respublikanın prokuroru ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində muxtar respublikanın prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax