Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kolumbiyada andiçmə mərasimi öncəsi terror təhlükəsi: Onlarla ton partlayıcı aşkarlanıb

2 dəq
Paylaş:
Kolumbiyada andiçmə mərasimi öncəsi terror təhlükəsi: Onlarla ton partlayıcı aşkarlanıb

Kolumbiya Prezidenti Qustavo Petro ölkədə mümkün ilə bağlı xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə hesabında paylaşım edib.

Məlumata görə, Petro avqustun 7-də vəzifəsinin icrasına başlayacaq seçilmiş prezident Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhərində onlarla ton maddənin olduğunu iddia edib.

Bildirilib ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplaşmalar ölkədə fövqəladə vəziyyət elan edilməsi üçün zəmin yaratmaq məqsədilə terror aktları törətməyə hazırlaşa bilər.

Prezident qeyd edib ki, Kali şəhərində böyük həcmdə partlayıcı maddələrin mövcudluğu ilə bağlı məlumat əldə edilib.

Qeyd olunub ki, yaranmış vəziyyətlə əlaqədar tədbirləri gücləndirilib. Andiçmə mərasiminin təhlükəsizliyini təmin etmək məqsədilə Kali şəhərində genişmiqyaslı əməliyyat keçiriləcək.

Rəsmi məlumatlara əsasən, mərasim zamanı 11 mindən çox polis və hərbçinin təhlükəsizlik tədbirlərinə cəlb olunacağı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax