Çinin Yançınq şəhərinin Şianqşui rayonunda inşası davam edən Yüegang körpüsünün 95 metrlik hissəsi uçub.
"Operativ Məlumat Mərkəzi-OMM" "Xinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı körpünün çökən hissəsində çalışan 5 işçi həlak olub.
Hazırda faktla bağlı genişmiqyaslı araşdırma aparılır.
Sözügedən infrastruktur obyekti dövlətə məxsus "China Railway 12th Bureau Group" şirkəti tərəfindən inşa edilirdi.
Bu körpü Lianyungang ilə Şanxay şəhərləri arasında fəaliyyət göstərəcək sürət qatarı xəttinin tərkib hissəsidir.
Son illərdə Çində sürətli dəmir yolu infrastrukturunun qurulması sahəsində böyük irəliləyişlər əldə edilsə də, təhlükəsizlik tədbirlərindəki boşluqlar və ərazi etüdlərindəki çatışmazlıqlar səbəbindən bənzər iş qəzalarına tez-tez rast gəlinir.