Abşeron rayonu Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən operativ tədbirlər görülüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini polisə müraciət edərək “Hyundai” markalı avtomobilindən bank kartının oğurlandığını bildirib. Zərərçəkənin sözlərinə əsasən, daha sonra həmin kart vasitəsilə hesabındakı pul vəsaiti çıxarılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən S. Mirzəyev saxlanılıb.
Eyni zamanda, Binəqədi və Qaradağ rayonlarında da oğurluq faktları ilə bağlı tədbirlər həyata keçirilib. Belə ki, məişət əşyaları, inşaat materialları, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən A. İsmayılov və M. Əzizov polis tərəfindən tutulublar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.