Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsraildə İranın raket hücumu nəticəsində 14 nəfər yaralanıb

2 dəq
Paylaş:
İsraildə İranın raket hücumu nəticəsində 14 nəfər yaralanıb

İsrail ərazisinin İran tərəfindən atəşinə tutulması nəticəsində 14 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin Təcili Yardım məlumat yayıb.

Qeyd edilib ki, yaralılar arasında vəziyyəti ağır olan 11 qız da var.

Bildirilir ki, çərşənbə günü Təl-Əviv və İsrailin digər bölgələrində iki dəfə hava həyəcanı siqnalı işə düşüb. Şəhərdə 10-dan çox partlayış səsi eşidilib və hava hücumundan sistemləri fəaliyyət göstərib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Təl-Əviv zərbələrin məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bəyan edib. Öz növbəsində, ABŞ rəsmiləri İran donanmasını və müdafiə sənayesini məhv etmək niyyətində olduqlarını bildirib və ölkə vətəndaşlarını rejimə qarşı çıxmağa çağırıb.

Martın 1-nə keçən gecə İran televiziyası Ali Lider Ayətullah Əli Xameneinin həlak olduğunu elan edib. ABŞ və İsrailin hücumları nəticəsində onun qızı, kürəkəni, nəvəsi və gəlini də həyatını itirib. İranın cənubundakı Minab şəhərində bir məktəbə endirilən zərbə nəticəsində əksəriyyəti şagird olmaqla 175 nəfər ölüb. Martın 9-da Ayətullahın oğlu Müctəba Xamenei yeni Ali Lider seçilib.

Mətbuatın məlumatına görə, raketlər həm İslam Respublikasında, həm də regionun digər ölkələrində təkcə hərbi obyektlərə deyil, mülki infrastruktura da düşür. Tehran buna cavab olaraq İsrail ərazisinə və ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücum edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax