İranın İsfahan şəhərində yerləşən və qızdırıcılar ilə soyuducuların istehsalı üzrə ixtisaslaşmış fabrik raket hücumuna məruz qalıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ölkənin "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə baş verən zaman fabrikdə çox sayda işçi olub.
İlkin rəqəmlərə görə, hücum nəticəsində azı 15 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, İsfahan şəhəri daha əvvəl də bənzər hücumların hədəfi olub. Keçmiş hücumlar zamanı hərbi obyektlərlə yanaşı, tarixi binalar və diplomatik nümayəndəliklərə də ziyan dəymişdi.