İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanların episentri Ruteng qəsəbəsindən 32 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumata əsasən, təbii hadisə nəticəsində ölən və yaralanan olmayıb, hər hansı dağıntı və maddi ziyan barədə də məlumat daxil olmayıb.
Hazırda yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır.