Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanlı şəxs Yunanıstanda casusluğa görə 7 il həbs edildi

2 dəq
Paylaş:
Azərbaycanlı şəxs Yunanıstanda casusluğa görə 7 il həbs edildi

məhkəməsi 27 yaşlı vətəndaşını ittihamı ilə yeddi il bir ay müddətinə azadlıqdan məhrum edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, azərbaycanlı ötən ilin iyun ayında Yunanıstan polisi və kəşfiyyat xidmətlərinin keçirdiyi zamanı saxlanılıb.

Ona Yunanıstan, ABŞ və NATO üçün strateji əhəmiyyət daşıyan Souda dəniz bazasında casusluq etmək şübhəsi ilə ittiham irəli sürülüb.

İstintaq zamanı müəyyən olunub ki, Polşada müvəqqəti yaşayış icazəsi olan şəxs ilk dəfə 2025-ci ilin yanvarında Yunanıstana gəlib və iyunun ortalarından etibarən Krit adasının qərbində Xaniya bölgəsindəki hərbi bazaya baxan oteldə qalıb.

Polis mənbələrinin bildirdiyinə görə, o, dövlət sirri hesab olunan hərbi məlumatları, o cümlədən hərbi obyektlərin foto və videolarını toplayaraq xarici dövlətlərə ötürməkdə ittiham olunur.

Məhkumun vəkili isə bildirib ki, onun casusluq niyyəti olmayıb və sadəcə hamı üçün əlçatan olan ərazinin görüntülərini çəkib.

Onun otel otağından yüksək dəqiqlikli videokamera, USB yaddaş qurğuları və digər məlumat daşıyıcılarının götürüldüyü bildirilir.

Mənbələrin məlumatına görə, polis onun kompüterində şifrələmə proqramı da aşkarlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax