Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Konqoda Ebola epidemiyası sürətlə yayılır: Ölənlərin sayı artır

2 dəq
Paylaş:
Konqoda Ebola epidemiyası sürətlə yayılır: Ölənlərin sayı artır

Konqo Respublikasında Ebola virusuna yoluxma halları sürətlə artır və epidemioloji vəziyyət getdikcə ağırlaşır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Konqo Demokratik Respublikasının İctimai Sağlamlıq İnstitutunun məlumatına əsasən, son 24 saat ərzində 101 yeni yoluxma faktı qeydə alınıb. Bununla da təsdiqlənmiş ümumi yoluxma sayı 4 945-ə çatıb.

Mütəxəssislər hazırkı dövrü ölkə tarixində Ebola virusunun ən sürətlə yayıldığı mərhələlərdən biri kimi qiymətləndirirlər.

BMT-nin məlumatına görə, hazırda təxminən hər 30 dəqiqədə bir insanın ölümünə səbəb olur. ölkənin 26 əyalətindən 6-sına yayılıb.

Epidemiyanın ilkin mənbəyi hesab olunan şimal-şərqdəki İturi əyaləti ən çox zərər çəkən bölgədir. Burada 3 400-dən çox yoluxma faktının qeydə alındığı bildirilir.

Mövcud epidemiyaya səbəb olan nadir “Bundibugyo” variantına qarşı hələlik təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulunun olmadığı qeyd edilir.

Virusun yayılması qonşu ölkələrdə də narahatlıq yaradıb. Uqanda paytaxt Kampala da daxil olmaqla, ölkə üzrə ən azı 20 yoluxma faktının qeydə alındığını açıqlayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı may ayında və Uqandadakı vəziyyəti “ ictimai sağlamlıq fövqəladə vəziyyəti” elan edib.

Vəhşi heyvanlardan insanlara keçdiyi bildirilən Ebola virusu qan, bədən mayeləri və yoluxmuş səthlərlə birbaşa təmas nəticəsində yayılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax