Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda narkotik satan 12 nəfər saxlanıldı

2 dəq
Paylaş:
Bakıda narkotik satan 12 nəfər saxlanıldı

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı məhkum olunmuş 29 yaşlı Elçin və 37 yaşlı Əliağa saxlanılıblar.

Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 6 kiloqram olan tiryək və marixuana aşkarlanıb.

Araşdırmalar zamanı E.BağırovƏ.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin satışını həyata keçirdikləri məlum olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Həmin şəxslərdən biri - əvvəllər məhkum olunmuş Tural Məmmədovun paytaxt ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurladığı da müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax