Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İƏT-in 20-ci sessiyası Bakıda keçirilir

2 dəq
Paylaş:
İƏT-in 20-ci sessiyası Bakıda keçirilir

Bakıda İslam Təşkilatının (İƏT) üzvü olan dövlətlərin İttifaqı Konfransının 20-ci sessiyası keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbirin açılış mərasimində İƏT ölkələri parlamentlərinin spikerləri və müavinləri, o cümlədən təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.

Belə ki, 40-dan çox ölkənin parlament , 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndənin iştirakı gözlənilir.

Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və , Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.

Sessiya iyunun 25-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax