Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar.
Baxış zamanı onlardan külli miqdarda — 24 kiloqram 500 qram marixuana və 1000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.