Bakının Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən işçiyə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bahalı fotoaparat zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən mənimsənilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 35 yaşlı K. Hətəmova saxlanılıb.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.