Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İyunun 1-nə olan hava proqnozu: bəzi bölgələrdə şimşək çaxacağı gözlənilir

2 dəq
Paylaş:
İyunun 1-nə olan hava proqnozu: bəzi bölgələrdə şimşək çaxacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin “Operativ Məlumat Mərkəzi-OMM”-ə verdiyi məlumata əsasən, iyunun 1-də Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gündüz saatlarında şimal-qərb cənub-qərb küləyi ilə əvəzlənəcək.

Temperatur göstəriciləri:

  • Bakı və Abşeron yarımadasında gecə 15-18°, gündüz 22-27° isti olacaq.
  • Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
  • Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 11-16°, gündüz 23-28° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax