Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu şadlıq sarayında ətlərdə at DNT-si aşkarlanıb

2 dəq
Paylaş:
Bu şadlıq sarayında ətlərdə at DNT-si aşkarlanıb

Bakı şəhəri, rayonunda göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib.

Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb. Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax