Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrandan narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan TIR sürücüsü saxlanılıb

1 dəq
Paylaş:
İrandan narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan TIR sürücüsü saxlanılıb

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs yaxalanıb.

yükdaşımalarla məşğul olan 47 yaşlı Emin Əhmədovun idarə etdiyi iritonnajlı yük avtomobilinə baxış zamanı 8 kq heroin və 3 kq-dan çox metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırmalarla müəyyən edilib ki, E. narkotik vasitələri İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax