Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Misli Premyer Liqasında XVIII turun startı verilir

2 dəq
Paylaş:
Misli Premyer Liqasında XVIII turun startı verilir

Premyer Liqasının II dövrəsi çərçivəsində XVIII tura bu gün keçiriləcək iki oyunla start veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, turun ilk qarşılaşması şəhərində baş tutacaq.

Yevlax şəhər stadionunda yerli “-Yevlax” komandası “”ı qəbul edəcək. Saat 14:30-da başlayacaq oyuna turnir cədvəlində fərqli mövqelərdə qərarlaşan komandalar çıxacaq. Aktivində 27 xal olan “Sumqayıt” hazırda beşinci pillədə yer alır. Mövsümün çətin dövrünü yaşayan “Karvan-Yevlax” isə 6 xalla turnir cədvəlinin sonuncu – 12-ci sırasında qərarlaşıb.

Günün ikinci oyunu Qəbələdə keçiriləcək. Qəbələ şəhər stadionunda ev sahibləri “İmişli” ilə qarşılaşacaq. Saat 17:00-da start götürəcək bu görüşdə də cədvəl baxımından maraqlı mübarizə gözlənilir. “Qəbələ” 11 xalla 11-ci pillədə yer alırsa, 18 xal toplamış “İmişli” doqquzuncu mövqedədir.

Misli Premyer Liqası

II dövrə, XVIII tur

30 yanvar

14:30 – “Karvan-Yevlax” – “Sumqayıt”

: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov

VAR: İnqilab Məmmədov

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Stadion: Yevlax şəhər stadionu

17:00 – “Qəbələ” – “İmişli”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Stadion: Qəbələ şəhər stadionu

Qeyd edək ki, Misli Premyer Liqasının XVIII turuna fevralın 1-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax