Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Mədəniyyət haqqında" qanuna dəyişiklik ilk oxunuşda qəbul edildi

2 dəq
Paylaş:
"Mədəniyyət haqqında" qanuna dəyişiklik ilk oxunuşda qəbul edildi

sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydasını ilk oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Mədəniyyət haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İclasda qeyd edilib ki, "Qrant haqqında" qanuna əsasən hüquqi və şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən mövcud qaydalar mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.

Layihəyə əsasən, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lərlə yanaşı, hüquqi şəxslərin digər növləri və fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiqi zəruridir. Bu zərurət nəzərə alınaraq, "Mədəniyyət haqqında" qanuna müvafiq dəyişiklik təklif edilib.

Sənəddə vurğulanıb ki, qanunvericilikdə yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə dəqiq anlayış verilməyib. Halbuki, "mədəni və yaradıcı sənaye" ifadəsindən "2022-2026-cı illərdə sosial- Strategiyası"nın Tədbirlər Planında və " Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasında istifadə edilib.

Bu xüsusda, layihədə "mədəni və yaradıcı sənaye" anlayışının da təsbit edilməsi nəzərdə tutulur. Müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirəcək. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax